3 övladı ilə birgə yoxa çıxan qadın tapıldı

3 övladı ilə birgə yoxa çıxan qadın tapıldı
  19 İyun 2016    Oxunub:1835
Bir neçə gün əvvəl müəmmalı şəkildə itkin düşən qadın və 3 övladı tapılıb.
AzVision.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, Suraxanı Rayon Polis İdarəsi 31-ci bölməsi əməkdaşlarının apardığı axtarış tədbirləri nəticəsində Sevil Hüseynzadə azyaşlı qızı Mələk və Ruqiyyə, eləcə də oğlu Əlizadə ilə birlikdə tapılıb.

Onun yerinin müəyyən edilməsi ilə bağlı ailəsinə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti