Göyçayda maşın yanıb

Göyçayda maşın yanıb
  19 İyun 2016    Oxunub:1736
Hadisə Göyçay rayonunun Yekəxana kəndində baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə Göyçay rayonunun Yekəxana kəndində baş verib.

Kənddə vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, içərisinə yığılmış 5 ton ot bağlaması və yaxınlıqda dayanmış “Qaz” markalı minik avtomobili yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti