Sumqayıtda 3 yük maşını toqquşdu, ölən var

Sumqayıtda 3 yük maşını toqquşdu, ölən var
  18 İyun 2016    Oxunub:2593
Sumqayıt şəhərində 3 yük maşını toqquşub.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, iyunun 17-də saat 05 radələrində Sumqayıt şəhərində Zaqatala rayon sakini Ramazan Cumayev idarə etdiyi “MAN” markalı avtomobili yolun kənarında dayanmış “KamAZ” markalı iki avtomobilə vurub.

“KamAZ” markalı avtomobillərdən birinin sürücüsü - Şabran rayon sakini Əjdər Əliyev hadisə yerində ölüb, digər sürücü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti