Maria Joao Kardoso Elmir Vəliyevlə görüşüb

Maria Joao Kardoso Elmir Vəliyevlə görüşüb
  13 İyun 2016    Oxunub:1852
Portuqaliya Səfirliyinin Müvəqqəti İşlər Vəkili Maria Joao Kardoso `Gəncə-2016 AGP` İctimai Birliyinin sədri Elmir Vəliyev ilə görüşüb.

Görüşdə 2016-cı il üçün Avropa Gənclər Paytaxtı seçilən Gəncə şəhəri ilə Portuqaliyanın şəhərləri arasında müxtəlif sahələr üzrə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Elmir Vəliyev qonağı salamlayaraq ofisin fəaliyyəti haqqında ətraflı məlumat verib. Layihə çərçivəsində həyata keçirilən və ilin sonuna kimi keçirilməsi nəzərdə tutulan layihələrdən danışıb. Portuqaliya Səfirliyi Müvəqqəti işlər vəkili Maria Joao Kardoso bildirib ki, bu onun Gəncə şəhərinə ilk səfəridir.

Gəncə şəhəri ilə Portuqaliyanın gənclərini bağlayan amillər var. 2012-ci il Portuqaliyanın Praqa şəhəri Avropa Gənclər Paytaxtı seçilib və 2018-ci il üçün ölkəsinin KaşKay şəhəri AGP elan edilib. Müvəqqəti İşlər Vəkili Gənclərin çoxluq təşkil etdiyi Kaşkay şəhəri ilə Gəncə şəhəri arasında əməkdaşlığın uğurlu olacağına inandığını deyib.

Daha sonra "Gəncə-2016 Avropa Gənclər Paytaxtı" ofisi ilə yaxından tanış olan Maria Joao Kardoso İctimai Birliyin fəaliyyətini yüksək qiymətləndirib. 2016-cı ildə AGP ilə bağlı həyata keçirilən layihələrdə iştirak edən gənclərə uğurlar arzulayıb.


Teqlər:  





Xəbər lenti