Azərbaycan XİN ABŞ-dakı terroru pislədi
Bu barədə AzVision.az-a XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib.
H. Hacıyev ötən gün ABŞ-ın Orlando şəhərində çoxlu sayda insanın ölümü və yaralanması ilə nəticələnən dəhşətli silahlı hücumu qınadıqlarını deyib: “Həlak olanların ailələrinə və Amerika Birləşmiş Ştatlarının xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik”.
Xatırladaq ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda terror aktı törədilib. Nəticədə 50 nəfər ölüb, 53 nəfər yaralanıb. İŞİD hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


