İsmayıllı təbii fəlakətdən sonra - FOTOLAR

İsmayıllı təbii fəlakətdən sonra - FOTOLAR
  13 İyun 2016    Oxunub:19053
Xəbər verdiyimiz kimi, ötən gün İsmayıllıya yağan güclü leysan və dolu rayona ciddi ziyan vurub.
Rayonun Buynuz, Kəlbənd, Kürdmaşı, Aşıqbayramlı, Quşencə, Balik, Talış, Enişdibi, Hapıtlı, Qarakolluq və Təzəkənd kənlərində yağan güclü leysan və dolu nəticəsində fərdi təsərrüfatlara və əkin sahələrinə ciddi zərər dəyib, sel suları nəticəsində mal-qara tələf olub. Quşencə, Zoğallıq, Kürdmaşı, Topçu və Buynuz kəndlərində həyətlərə və evlərə sel suları dolub. Kənd yolları sıradan çıxıb, bir neç körpü isə uçub.

İsmayıllı rayon Fövqəladə Hallar Komissiyası tərəfindən rayona dəymiş ziyan dəqiqləşdirilir.

AzVision.az təbii fəlakətə məruz qalan İsmayıllıdan görüntüləri təqdim edir:







Aytən Zəhra
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti