Şagirdi öz qohumu bıçaqlayıb - Açıqlama

Şagirdi öz qohumu bıçaqlayıb - Açıqlama
  13 İyun 2016    Oxunub:2264
“Şagirdlərin bıçaqlanma hadisəsi dərs vaxtı və məktəbin həyətində qeydə alınmayıb”.
Bunu AzVision.az-a açıqlamasında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 271 saylı orta məktəbin direktoru Ruxsarə Əlizadə deyib.

O qeyd edib ki, məktəbin şagirdi, 15 yaşlı Rüstəm Camalovun 14 yaşlı Bayraməli İmanovu bıçaqlaması hadisəsi mayın 7-də kafelərdən birində olub.

“Hadisə axşam saat 10-11 radələrində baş verib. Hadisə məktəbdə qeydə alınmayıb. Bunun məktəbə heç bir aidiyyatı yoxdur. Həmçinin, onlar qohumdurlar və şagirdə ciddi ziyan dəyməyib”.

Direktor müavini hadisədən bir müddət sonra şagirdlərin dərsə gəldiyini vurğulayıb: “Həm Rüstəm, həm də Bayraməli bir müddət sonra dərsə gəlib, summativləri yazdıqdan sonra gediblər. Yəni normal həyatlarını davam etdirirlər”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti