Tovuzda sel körpünü uçurdu, kəndlərlə əlaqə kəsildi

Tovuzda sel körpünü uçurdu, kəndlərlə əlaqə kəsildi
  13 İyun 2016    Oxunub:1723
Sel Tovuzda 4 kəndin rayon mərkəzi ilə əlaqəsini təmin edən körpünü uçurub.
AzVision.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, yağıntıların həddindən çox düşməsi mənbəyini uca dağlardan götürən Tovuzçayı coşdurub.

Çaya qarışan sel suları Aşağı Quşçu, Dondar Quşçu, Əsrik və Azaflı kəndlərini rayon mərkəzi ilə birləşdirən körpünü uçurub. Nəticədə avtomobillərin, sakinlərin çayın digər tərəfinə keçməsi mümkünsüzləşib.

AzVision.az


Teqlər:  





Xəbər lenti