Ruslar ingilislərə hücum etdi - Oyundan sonra dava (VİDEO)

Ruslar ingilislərə hücum etdi - Oyundan sonra dava (VİDEO)
  12 İyun 2016    Oxunub:32473
İngiltərə-Rusiya oyunundan sonra stadionda insident yaşanıb. Rusiyalı azarkeşlər rəqib komandanın fanatlarına hücum ediblər.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, matç başa çatdıqdaon sonra bir qrup rusiyalı azarkeş ingilis fanatların olduğu sektora hücum edib.

Polis onlara dərhal müdaxilə edərək insidentin qarşısını alıb.



Qeyd edək ki, ötə gün oyundan öncə Marsel şəhərində rusiyalı və ingiltərəli fanatların arasında dava düşüb. Polis davanın qarşısını almaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etməli olub.

Məlumata görə, toqquşmalar zamanı bir ingilis azarkeş dünyasını dəyişib, 31 nəfər isə xəsarət alıb.

Rusiya Futbol İttifaqı buna görə UEFA tərəfindən cərimələnə bilər.

Xatırladaq ki, İngiltərə və Rusiya komandaları arasında oyun 1:1 hesabı ilə başa çatıb.

Watch video!

AzVision.az


Teqlər:





Xəbər lenti