Şair Sayman Aruz xəstəxanaya yerləşdirilib

Şair Sayman Aruz xəstəxanaya yerləşdirilib
  12 İyun 2016    Oxunub:3143
Azərbaycanlı tanınmış şair Sayman Aruzun səhhətində problem yaranıb.
AzVision.az xəbər verir ki, bu barədə şair Ramiz Rövşən “Facebook” səhifəsində yazıb.

Bildirib ki, S.Aruz səhhətindəki problemlə əlaqədar xəstəxanaya yerləşdirilib. R.Rövşən Sayman Aruzun vəziyyətinin ağır olduğunu qeyd edib:

“Xətrini çox istədiyim dəyərli şairimiz Sayman Aruz bir neçə saat öncə kəskin ürək tutmasından özünü itirmiş, xəstəxanaya yerləşdirilmişdir. Hazırda ölümlə üzə-üzə olan şairə şəfa diləyirik”.

AzVision.az



Teqlər:  





Xəbər lenti