Ramazanın 6-cı gününün duası - İmsak və iftar vaxtı

Ramazanın 6-cı gününün duası - İmsak və iftar vaxtı
  12 İyun 2016    Oxunub:4788
Sabah Ramazan ayının altıncı günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, iyunun 12-də Bakıda imsak saat 03:08-da, iftar isə saat 20:28-dədir.

Ramazan ayının 6-cı gününün duası: "Allahummə la təxzulni fihi li-təərrüzi mə-siyətik. Və la təzribni bisiyati nəqimətik. Və zəhzihni fihi min mucibati səxətik. Bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin".

Tərcüməsi: "İlahi, bu gün sənə qarşı etdiyim günahlara görə məni rüsvay etmə. Məni intiqam taziyanələrinlə vurma. Bu gün sənin qəzəbinə səbəb olan işlərdən məni uzaq et. Bəxşiş və nemətlərinə and verirəm, ey şövqlü şəxslərin arzusunun müntəhası!"

Allah orucunuzu qəbul etsin!

AzVision.az


Teqlər:





Xəbər lenti