Ruslar ingilis azarkeşi öldürdü - `AVRO-2016`da iğtişaş (VİDEO)

Ruslar ingilis azarkeşi öldürdü - `AVRO-2016`da iğtişaş (VİDEO)
  12 İyun 2016    Oxunub:4060
Fransda keçirilən Avropa çempionatında ilk ölüm hadisəsi qeydə alınıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün keçiriləcək İngiltərə -Rusiya matçından öncə hər iki komandanın azarkeşləri arasında dava düşüb.

Xarici KİV-lərin yaydığı məlumata görə, rus azarkeşlərin masa ilə başından vurduğu ingiltərəli azarkeş ölüb. Bu, Avropa çempionatında ilk ölüm kimi yadda qalıb.

Qeyd edək ki, bundan öncə də İngiltərə millisinin azarkeşləri qalmaqala səbəb olmuşdu. Adadan gələnlər Marsel əhalisi ilə əlbəyaxa olmuşdu. Belə ki, Fransanın Marsel şəhərində İngiltərə futbol komandasının azarkeşləri ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaşanıb. Azarkeşlər polisə şüşə qablar atıblar. Qarşıdurma zamanı xəsarət alan olmayıb.



AzVision.az




Teqlər:  





Xəbər lenti