İmişlidə 8 otaqlı ev yanıb

İmişlidə 8 otaqlı ev yanıb
  11 İyun 2016    Oxunub:1405
İmişlidə yanğın hadisəsi baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, İmişli rayonunda vətəndaşa məxsus ümumi sahəsi 260 kv.m olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 230 kv.m sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti