Ermənistana keçən qadının vəziyyəti pisdir

Ermənistana keçən qadının vəziyyəti pisdir
  11 İyun 2016    Oxunub:8247
İyunun 7-də səhvən Ermənistana keçən Gədəbəy sakini Qətibə Ələkbərova Azərbaycana geri qaytarıldıqdan sonra Qazax Rayonlararası Ruhi Xəstəxanasına yerləşdirilib.

Bu barədə AzVision.az-a xəstəxananın baş həkimi Ramiz Mansurov məlumat verib.

Baş həkim bildirib ki, Qətibə Ələkbərovanın müalicəsi davam etdirilir: “Xəstə Qətibə Ələkbərova ötən gün xəstəxayana yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir. O, Azərbaycana qaytarıldıqdan sonra vəziyyəti yaxşı deyil. Ona sakitləşdirici iynələr vuruldu. Hazırda yuxu rejimindədir. Ermənistan tərəfə necə keçib, orada gördükləri barədə heç nə danışmayıb”.



Həkim sözlərinə görə, ruhi xəstə olan Q.Ələkbərovanın bədənində xəsarət izi aşkar edilməyib: “Üzərində zorakılıq əlaməti qeydə alınmayıb. Xəstəxanaya gələndən ona sakitləşdirici iynələr vurulur, bunun təsirindən günün çox hissəsini yatır. Onun nə vaxt yuxudan ayılacağını, özünə gələcəyini bilmirik. Yuxu prossesi uzun müddət davam edə bilər. Hazırda onun vəziyyəti yaxşı deyil. Nə danışır, nə də yemək yeyir”.

Qeyd edək ki, 1977-ci il təvəllüdlü Q. Ələkbərova Qazaxda ruhi xəstəxanada müalicə alan ailənin tək övladı olmayıb. Onun bacısı da ruhi xəstəlikdən əziyyət çəkir. Bir qardaşı isə Qazaxda olan xəstəxanada müalicə alarkən dünyasını dəyişib.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti