Şəmkirdə 7 otaqlı evdə yanğın olub

Şəmkirdə 7 otaqlı evdə yanğın olub
  11 İyun 2016    Oxunub:1557
Şəmkir rayonunun Düyərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 210 kv.m olan ikimərtəbəli 7 otaqlı evdə yanğın baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, evin çardağının yanar konstruksiyaları 6 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti