İsmayıllıda 24 yaşlı gənc göldə batıb

İsmayıllıda 24 yaşlı gənc göldə batıb
  11 İyun 2016    Oxunub:1576
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Ismayıllı rayonununda istirahət mərkəzinin ərazisində yerləşən süni göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 55 km aralı, nəzarətsiz ərazidə) 1992-ci il təvəllüdlü Muradov Ramin Mehman oğlunun suda batması haqqında məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq R.Muradovun cəsədini batdığı yerdən 8 metr aralıdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 18:01-də başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti