İki ailə arasında dava, 4 nəfər yaralanıb

İki ailə arasında dava, 4 nəfər yaralanıb
  11 İyun 2016    Oxunub:2173
Gəncədə dava olub, 4 nəfər xəsarət alıb.
Bu gün axşam saatlarında Gədəbəy rayon sakini, 1970-cı il təvəllüdlü Elxan Pirverdiyev və onun bacısı, 1976-cı il təvəllüdlü Qərənfil Pirverdiyeva, ər və arvad 1955-ci il təvəllüdlü Fərman Bayramov və onun həyat yoldaşı 1962-ci il təvəllüdlü Şəfa Bayramova müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir. Məlumata Gədəbəy sakinləri Gəncədə ər və arvadla dalaşıblar.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. (Apa)

AzVision.az


Teqlər:  





Xəbər lenti