Vaqif Səmədoğlu müalicə üçün xaricə getdi

Vaqif Səmədoğlu müalicə üçün xaricə getdi
  27 İyul 2013    Oxunub:1649
Xalq şairinin səhhətində problemlər var
Xalq şairi, sabiq millət vəkili Vaqif Səmədoğlunun səhhətində ciddi problemlər yaranıb. Bu barədə AzVision.az-a açıqlamasında şairin özü məlumat verib :

“Azərbaycanda deyiləm, xəstəliyimlə bağlı olaraq, xaricdəyəm. Hazırda müayinə oluram, görək , həkimlər nə deyəcəklər ?”

Hansı xəstəlikdən əziyyət çəkdiyinə gəlincə,V. Səmədoğlu bildirib ki, bu barədə danışmaq istəmir : “Harada müalicə olunduğumu və xəstəliyim barəsində qətiyyən danışmaq istəmirəm”.

Qeyd edək ki, Vaqif Səmədoğlu 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2000-2005-ci illərdə isə Milli Məclisin deputatı olub.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti