İbrahimbəyovun məhz avqustun 10-da qayıtmasının sirri
Adının gizli qalmasını istəyən siyasi ekspert AzVision.az-ın əməkdaşı ilə söhbətində bunu belə izah edib ki, Rüstəm İbrahimbəyovun bu qərarı onun Bakıya Vladimir Putinlə eyni vaxtda gəlmək istəyilə bağlıdır: “Diqqət edin ki, İbrahimbəyovun fikri onun Bakıya gələcəyi halda həbs oluna biləcəyi haqda xəbərlər yayılandan sonra dəyişdi. Görünür, o, bu xəbərlərdən qorxuya düşüb və ona görə də Vladimir Putin Azərbaycanda olarkən ölkəyə qayıtmaq istəyir. Yəqn düşünür ki, bu halda ona dəyib-toxunan olmaz”.
AzVision.az