Bu gün “AVRO-2016” başlayır - VİDEO

Bu gün “AVRO-2016” başlayır - VİDEO
  10 İyun 2016    Oxunub:2888
Bu gün futbol üzrə XV Avropa çempionatı başlayacaq.
AzVision.az xəbər verir ki, budəfəki qitə birinciliyi yeniliklərlə yadda qalacaq.

Avropa çempionatları tarixi ərzində ilk dəfə turnirin final mərhələsi 24 komandanın iştirakı ilə keçiriləcək. Bundan əlavə, əvvəlki yarışlardan fərqli, yalnız 1 və 2-ci yerlərin sahibi deyil, 3-cü yeri tutan komandaların da növbəti mərhələyə keçmək şansı olacaq. Belə ki, 6 qrup üçüncüsündən ən yaxşı nəticəyə malik 4 komanda adını 1/8 finala yazdıracaq. Bu arada, 1/8 final həyəcanı da Avropa çempionatlarında ilk dəfə yaşanacaq.



İlk oyun günün də meydan Fransa və Ruminiya milliləri çıxacaq. Oyun Bakı vaxtilə saat 23:00-da başlayacaq.

“Avro -2016”da bu ölkələrin milli komandaları iştirak edəcək: Fransa, İslandiya, Çexiya, Türkiyə, Belçika, Uels, İspaniya, Slovakiya, Almaniya, Polşa, İngiltərə, İsveçrə, Şimali İrlandiya, Rumıniya, Avstriya, Rusiya, İtaliya, Xorvatiya, Portuqaliya, Albaniya, Macarıstan, İrlandiya, İsveç, Ukrayna.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti