Zaqatalada ağır qəza: 1 ölü, 6 yaralı (ADLAR)

Zaqatalada ağır qəza: 1 ölü, 6 yaralı (ADLAR)
  09 İyun 2016    Oxunub:2551
Yaralılar dərhal mərkəzi xəstəxanaya çatdırılıblar.
Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib. Rayonun Mərkəzi Xəstəxanasından Ans-ə verilən məlumata görə, hadisə bu gün saat 16.00 radələrində Yevlax-Balakən-Gürcüstan magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər dünyasını dəyişib, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar dərhal mərkəzi xəstəxanaya çatdırılıblar. Həmin şəxslər aşağıdakılardır:

1. İntiqam Allahverdi oğlu Bəkirov - 1991-ci il təvəllüdlü, Zaqatala rayonunun Qımır kənd sakini

2. Abdurrahman Nəzir oğlu Hacıyev - 2003-cü il təvəllüdlü, Zaqatala rayonunun Qazangül kənd sakini

3. Zöhrə Nəzir qızı Hacıyeva - 1996-cı il təvəllüdlü, Zaqatala rayonunun Qazangül kənd sakini

4. Sevil Aslan qızı Nəzirova - 1976-cı il təvəllüdlü, Zaqatala rayonunun Qazangül kənd sakini

5. Mədinə Abdulla qızı Mustafayeva - 1964-cü il təvəllüdlü, Şəki rayonunun Aşağı Göynük kənd sakini

6. Gülnar Mais qızı Sadıqova - 1993-cü il təvəllüdlü, Şəki rayonunun Aşağı Göynük kənd sakini

Ölən şəxs isə 1932-ci il təvəllüdlü, Zaqatalanın Qazangül kənd sakini Hacıyeva Pərixan Əhməd qızıdır.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti