Nazarbayevi kim devirmək istəyir? - Prezident açıqlama verdi

  08 İyun 2016    Oxunub : 5227
Nazarbayevi kim devirmək istəyir? - Prezident açıqlama verdi
Qazaxıstan prezidenti Nursultan Nazarbayev bəyan edib ki, Aktobedə bir sıra obyektlərə hücum edən terrorçular xaricdən tapşırıqlar alıblar.
AzVision.az xəbər verir ki, bu barədə ölkə başçısının mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

“Əldə olunan məlumatlara əsasən terror aktı radikal dini cərəyanın üzvləri tərəfindən təşkil olunub, onlar tapşırıqları xaricdən alıblar”, - deyə Nazarbayev vurğulayıb.

Nazarbayev, həmçinin bəyan edib ki, Qazaxıstanda “rəngli inqilab” təşkili cəhdlərinin əlamətləri yaşanıb.

Xatırladaq ki, mayın 5-dən Qazaxıstanın Aktoba vilayətinin eyniadlı inzibati mərkəzi Aktoba şəhərində terrorçulara qarşı əməliyyat keçirilir.

Məlumata görə, naməlum silahlı şəxslər şəhərdə iki silah mağazasına, eləcə də Milli Qvardiyanın hərbi hissəsinə hücum ediblər.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hücum edənlərdən biri saxlanılıb, üçü öldürülüb, biri isə yaralanıb. Bir neçə cinayətkar isə qaçıb gizlənə bilib. Hazırda onların tutulması istiqamətində əməliyyat aparılır.

Xəbərə əsasən, Aktoba şəhərində "antiterror əməliyyatı rejimi" elan olunub. Ötən gün keçirilən əməliyyatlar nəticəsində isə 13 ekstremist öldürülüb, 7 nəfər yaralanıb. 7 cinayətkar isə axtarışdadır.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: