Ermənistanda 6 hərbçi həbs olundu
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın “Ayoç Axşar” qəzeti məlumat yayıb.
Bildirilib ki, mayın 16-da, saat 21:30 radələrində bölük komandiri K Xaçaturyan postda xidmət vaxtı 6 hərbçinin içkili vəziyyətdə olduğunu görüb. Xaçaturyan hadisə barədə batalyon komandirinə məruzə edib.
Daha sonra bölük komandiri ilə 6 hərbçi arasında mübahisə yaşanıb. Sonradan mübahisə davaya çevrilib. Əsgərlər bölük komandirini döyüblər. Nəticədə komandir xəsarət alıb.
Hadisədən sonra altı hərbçi həbs olunub. Onlara qarşı cinayət işi başladılıb.
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


