Masallıda maşın yanıb, sürücü xəsarət alıb

Masallıda maşın yanıb, sürücü xəsarət alıb
  06 İyun 2016    Oxunub:1732
Masallıda yanğın hadisəsi baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, rayonun Ərkivan qəsəbəsində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus "Nissan" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.

Yanğın zamanı avtomobilin sürücüsü əl nahiyyəsindən yanıq xəsarəti alıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti