FHN qayalıqda qalan şəxsi xilas edib

FHN qayalıqda qalan şəxsi xilas edib
  06 İyun 2016    Oxunub:1583
Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Siyəzən rayonu, Zarat kəndində 1 nəfərin qayalıq ərazidə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
AzVision.az FHN-nin saytına istinadən xəbər verir ki, dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı hündürlüyü 30 metr olan qayalıq ərazidən endirib və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 16.25-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti