Bir gündə iki qəza: 6 yaralı

Bir gündə iki qəza: 6 yaralı
  05 İyun 2016    Oxunub:1394
Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Polis İdarəsindən AzVision.az-a verilən məlumata görə, Toğanalı kəndində Sumqayıt şəhər sakini,1972-ci il təvəllüdlü Müzəffər Məmmədov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşını yolun kənarına aşırıb.

Nəticədə sürücü özü və sərnişini, Toğanalı kənd sakini 1938-ci il təvəllüdlü Cəlil Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Xəstəxandan hər iki yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Göygöl Rayon Polis İdarəsinin Sarısu Polis Bölməsində araşdırmalara başlanılıb.

Xəsarətlə nəticələnən daha bir qəza Salyanda baş verib. Ələt-Astara magistral yolunun Salyan rayonunun Qalalı kəndi ərazisindən keçən hissəsində iki minik avtomobili toqquşub.

Qəza nəticəsində Biləsuvar rayonunun Bağbanlar kənd sakinləri- 1987-ci il təvəllüdlü Mahir Aydın oğlu Mehdiyev, 1987-ci il təvəllüdlü Aqşin Rəfael oğlu Rzaquliyev, Masallı rayon sakinləri- 1981-ci il təvəllüdlü Anar Turac oğlu Nağıyev və 1971-ci il təvəllüdlü Hafiz Qələm oğlu Qənbərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Zərərəçəkənlər dərhal Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. (Ans)

AzVision.az


Teqlər:





Xəbər lenti