Göygöldə ağır yol qəzası, yaralılar var

Göygöldə ağır yol qəzası, yaralılar var
  05 İyun 2016    Oxunub:1597
Göygölün Toğanalı kəndində yol qəzası baş verib.
AzVision.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini, 44 yaşlı Müzəffər Məmmədov idarə etdiyi "VAZ 2107" markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü və sərnişini, Toğanalı kənd sakini 78 yaşlı Cəlil Rüstəmov müxtəlif xəsarətlərlə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Müzəffər Məmmədova sağ bud-çanaq oynağının əzilməsi, Cəlil Rüstəmova isə döş qəfəsinin küt travması diaqnozu qoyulub, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti