Gədəbəydə 5 otaqlı ev yanıb

Gədəbəydə 5 otaqlı ev yanıb
  05 İyun 2016    Oxunub:1341
Gədəbəydə 5 otaqlı evdə yanğın olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Gədəbəy rayonunun Zəhmət kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsində 1 otaq və evin çardağı 136 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti