Şəhid kapitanın bacısı ölümdən xilas oldu - FOTO

Şəhid kapitanın bacısı ölümdən xilas oldu - FOTO
  04 İyun 2016    Oxunub:17333
Aprelin əvvəllərində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş kapitan İnqilab Quliyevin bacısının həyatı üçün yaranan təhlükəni həkimlərin müdaxiləsi ilə aradan qaldırmaq mümkün olub.
Abbas Səhhət adına 1 saylı Gəncə şəhər xəstəxanasında sağlamlığını bərpa etdikdən sonra evə buraxılan Filyar Quluzadənin yola salınmasında şəhər səhiyyə idarəsinin rəisi, professor Əlikram Məmmədov, xəstəxananın baş həkimi və pasiyentin sağlamlığına qovuşmasında əməyi olan tibb işçiləri iştirak ediblər.

Şəhid atası Çingiz Quliyev çıxış edərək, ailəsində ikinci itkinin yaşanmasına imkan vermədiklərinə və qızının müalicəsinə göstərilən diqqətə görə şəhər icra hakimiyyətinin və səhiyyə idarəsinin rəhbərliyinə, eləcə də xəstəxananın kollektivinə dərin minnətdarlığını bildirib.



Qeyd olunub ki, doğuşdan bir müddət sonra qanaxma diaqnozu ilə Gəncə şəhər perinatal mərkəzinə gətirilən Filyar Quluzadə həkim və cərrahların birgə konsiliumundan sonra təcili cərrahi əməliyyata götürülüb. Ciddi müalicə kursları nəticəsində ümumi vəziyyəti stabilləşdikdən sonra xəstə üzərində ikinci əməliyyat aparılıb. Dörd saata yaxın davam edən ağır əməliyyatı professor Əlikram Məmmədov icra edib.

Vurğulanıb ki, bu mürəkkəb əməliyyatlar paytaxt Bakı ilə yanaşı, regionlarda da tibb müəssisələrinin inkişafından xəbər verir. Bütün xəstələr kimi, şəhid bacısının həyatını xilas etmək tibb işçilərinin həm vəzifə, həm də mənəvi borcudur. Gəncə şəhərinin səhiyyə işçiləri bütün bilik və bacarıqlarını səfərbər etdilər ki, qəhrəmanının bacısı, gənc ana sağlamlığına qovuşaraq ailəsinin, körpəsinin yanına qayıtsın. (Azərtac)

AzVision.az


Teqlər:





Xəbər lenti