Şirvanda baş həkimi qarət etdilər

Şirvanda baş həkimi qarət etdilər
  03 İyun 2016    Oxunub:1775
Şirvan şəhərində quldurluq hadisəsi baş verib.
AzVision.az Report-a istinadən xəbər verir ki, Şirvan şəhər doğum evinin baş həkimi Sevda Sabirağa qızı Həsənovanın evinə naməlum şəxs və ya şəxslər basqın ediblər.

Məlumata görə, quldurlar baş həkimin qaynanasının ağzını bağlayaraq evdən pul və qızıl-ziynət əşyalarını oğurlayaraq aradan çıxıblar.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində quldurların tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti