“Kamaz” “Mercedes”i vurdu, sürücü qaçdı - FOTO

“Kamaz” “Mercedes”i vurdu, sürücü qaçdı - FOTO
  02 İyun 2016    Oxunub:2692
Bu gün Sabirabad rayonunda ağır yol qəzası baş verib.
AzVision.az-ın məlumatına görə, “Kamaz” markalı yük maşını “Mercedes” markalı minik avtomobilini vurub.

Hadisə nəticəsində minik avtomobilinin sürücüsü ağır xəsarət alıb. “Kamaz”ın sürücüsü isə hadisə yerindən qaçıb.

Yaralı sürücü xəstəxanaya aparılıb. Şahidlərin sözlərinə görə, hadisə “Kamaz”ın sürücüsünün səhvi ucbatından baş verib.

Polis hadisə ilə bağlı araşdırma aparır.



Elvin Abdulla
AzVision.az


Teqlər:  





Xəbər lenti