Bakıda qardaşının yanından bacısını qaçırmaq istədilər

Bakıda qardaşının yanından bacısını qaçırmaq istədilər
  02 İyun 2016    Oxunub:2310
Bakıda silahlı hücum olub.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospekti 28 ünvanında qeydə alınıb. Beyləqan rayon sakini, 1990-cı il təvəllüdlü Mövsüm İlham oğlu Rəhimov özünə məxsus “Lada kalena” markalı, 10 UM 279 dövlət nömrə nişanlı maşında bacısı, 1988-ci il təvəllüdlü Vüsalə Rəhimova ilə birlikdə olarkən “Lexus” markalı avtomobillə onlara yaxınlaşan naməlum şəxs tapança çıxararaq onları hədələyib və Vüsaləni özü ilə aparmaq istəyib.

Səs-küy yarandığı üçün məqsədinə nail ola bilməyən həmin şəxs ərazini tərk edib.

Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti