2 nəfər quyuya düşərək ölüb

2 nəfər quyuya düşərək ölüb
  02 İyun 2016    Oxunub:1343
Abşeron rayonunda 2 nəfər quyuya düşərək ölüb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonu, Məmmədli qəsəbəsində 2 nəfərin su quyusuna düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1983-cü il təvəllüdlü Əliyev Ümid Bəxtiyar oğlu və 1987-ci il təvəllüdlü Babayev Rahim Sahib oğlu dərinliyi 4 m olan su quyusunda vəfat ediblər. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri Ü.Əliyevin və R.Babayevin cəsədini quyudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 22:03-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti