Bakıda kondisionersiz avtobus qalmayacaq - VİDEO

Bakıda kondisionersiz avtobus qalmayacaq -  VİDEO
  02 İyun 2016    Oxunub:2198
Bakıda fəaliyyət göstərən sərnişin avtobuslarının əksərində soyuducu sistemlər yoxdur. Havalar isindiyindən avtobuslara minənlər çətinlik çəkirlər.
Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, yay aylarında bu porblem aradan qaldırılacaq. Avtobusları tələblərə cavab verməyən şirkətlərin xidmətlərindən imtina ediləcək.

Agentliyin şöbə müdiri Nuridə Allahyarova deyir ki, avtobuslar üçün nəzərdə tutulan yeni konsepsiya hazırlanır. Konsepsiyaya uyğun yay aylarında daşıyıcı şirkətlərin qarşısına konkret tələblər qoyulacaq. (Xəzər tv)



AzVision.az


Teqlər:





Xəbər lenti