Saatlıda 7 otaqlı ev yanıb

Saatlıda 7 otaqlı ev yanıb
  02 İyun 2016    Oxunub:1538
Saatlıda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Saatlı rayonu, Qaracalar kəndində vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan birmərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi və talvar yanğından mühafizə olunub. Yanğın saat 23:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.​

AzVision.az


Teqlər:





Xəbər lenti