Xızıdakı dəhşətli qəzada yaralananlardan xəbər var

Xızıdakı dəhşətli qəzada yaralananlardan xəbər var
  01 İyun 2016    Oxunub:1835
Xızıda avtobusun aşması nəticəsində xəsarət alan şəxslərin müalicəsi davam edir.
Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, qəza nəticəsində yaralanan 3 nəfər 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

“Xəsarət alanlardan biri uşaq idi. Onun anası Sumqayıtda xəstəxanaya yerləşdirilmişdi. Hazırda həmin şəxs uşağın yanına gətirilib. Onlar reanimasiyadadırlar, vəziyyətləri orta ağırdır”.

Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdiri Xalidə Quliyeva isə bildirib ki, hazırda Sumqayıtda 14 xəstə müalicələrini davam etdirir. “Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasında hazırda 14 xəstə var. 13 xəstənin vəziyyəti orta ağırdır, 1 nəfər isə reanimasiyadadır”.

Qeyd edək ki, mayın 29-da Xızı rayonu ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib. Yarımca kəndindən gələn mikroavtobus Qızıl Qazma kəndində 100 metrdən dərəyə yuvarlanıb.

Nəticədə 3 nəfər ölüb, 24 nəfər yaralanıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti