Çay evində qadının çantasını soydular

Çay evində qadının çantasını soydular
  31 May 2016    Oxunub:1595
Mayın 20-də Yasamal rayonunun Yeni Yasamal-1 yaşayış sahəsində yerləşən çay evlərindən birindən oğurluq edilib.
DİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, oğurluq hadisəsi zamanı Bakı şəhər sakini Adilə Abışovaya məxsus çantadan 330 manat pul oğurlanıb.

Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə hadisəni törətmiş Tovuz rayon sakini Mahmud Mahmudov tutulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti