Anadolu Agentliyi xəbər verir ki, terror təşkilatının üzvləri İraq qüvvələrinin hücumlarına cavab olaraq şəhər əhalisi üzərində təzyiqi artırıblar. Şəhərdəki tayfa liderlərindən Məcid əl-Çerisi deyib: “Terrorçular gəncləri saqqal saxlamadıqları bəhanəsi ilə girov götürüblər. Onlar bölgə xalqını təhqir edir, İraq qüvvələrinə qarşı çıxmadığımız üçün bizi qorxaqlıqda günahlandırırlar”.
İraqın Miqrasiya və İmmiqrantlar Nazirliyi bildirib ki, İŞİD-in nəzarətində olan Fəllucə şəhərini geri almaq üçün keçən həftə başladılan əməliyyatlardan bəri 574 ailə bölgədən qaçıb.
AzVision.az