`Qarabağ bizim evimizdir`

`Qarabağ bizim evimizdir`
  29 May 2016    Oxunub:3756
Beynəlxalq Mətbuat Mərkəzində “Dəcəl Balam” Ailə və Uşaq İnkişaf Mərkəzi ,”Gənc Liderlər Heydər Əliyev Yolunda” Facebook dəstək kampaniyası uşaq və yeniyetmələr arasında «Dağlıq Qarabağ Azərbaycan ərazisidir”, «Biz evimizə, Qarabağa getmək istəyirik» sloqanları altında aksiyanın təqdimat günü həyata keçirib.

Təqdimatda «Dağlıq Qarabağ Azərbaycan ərazisidir», «Biz evimizə, Qarabağa getmək istəyirik» sloqanları altında hazırlanmış videoçarx təqdim olunub.

Təqdimata giriş sözü ilə Dilşad Əhədova “Dəcəl Balam” Ailə və Uşaq İnkişaf Mərkəzinin təsisçi direktoru başladı. Gənc liderlər Heydər Əliyev yolunda facebook səhifəsinin lahiyə rəhbəri Nicat Müslümov öz çıxışı ilə davam edərək, sözü tədbirdə iştirak edən qonaqlara verdi. Aysel Rəsulzadə “Dəcəl Balam” Ailə və Uşaq İnkişaf Mərkəzi jurnalının redaktoru, “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Biriliyinin sədri İradə Nəsirova Samirə Seyidova 179 nömrəli məktəbin müəlliməsi, Ülfan Mirzəzadə Azərbaycan Dillər Universitetinin müəlliməsi, Brilyant Süleyman İTV-nin əməkdaşı öz çıxışlarında aksiyanı bəyəndiklərini söyləyib, hər zaman dəstək olacaqlarını söylədilər.

179 nömrəli məktəbin və Heydər Əliyev adına Liseyin şagirdlərinə də söz verildi. Onlar Qarabağ barəsində öz fikirlərini bir neçə şeir parçası ilə bildirdilər. Sonda tədbir təşkilatçıları və qonaqlar birgə xatirə şəkli çəkdirdi.


Teqlər:





Xəbər lenti