Qocalar evində faciə: 17 nəfər yanaraq öldü

Qocalar evində faciə: 17 nəfər yanaraq öldü
  29 May 2016    Oxunub:2838
Kiyevdə qocalar evində yanğın baş verib.
AzVision.az-ın məlumatına görə, Dövlət Fövqəladə Hallar Xidmətinin sədri Nikolay Çeçetkin jurnalistlərə açıqlamasında hadisə nəticəsində 17 nəfərin öldüyünü bildirib.

Onun sözlərinə görə, yanğın zamanı binada 35 nəfər olub, onların 17-si ölüb. Hazırda 16 nəfərin cəsədi tapılıb, bir nəfərin isə axtarışları davam etdirilir. Həlak olanlar arasında qocalar evinin bir əməkdaşı da var.

Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Qocalar evi Kiyev vilayətinin Letoçki kəndində şəxsi ikimərtəbəli binada yerləşib. Burada yaşlı insanlara müvəqqəti sığınacaq verilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti