Doktoranturaya qəbulun vaxtı açıqlandı

Doktoranturaya qəbulun vaxtı açıqlandı
  26 İyul 2013    Oxunub:1276
Azərbaycanda ali təhsil müəssisələri tərəfindən doktoranturaya qəbul cari ilin oktyabr-noyabr aylarında keçiriləcək.
Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsində qeyd olunub ki, qəbul planı və qəbul qaydaları haqqında məlumat sentyabr ayında KİV-də elan olunacaq.

Bildirilib ki, “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na uyğun olaraq fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar. Fəlsəfə doktoru proqramı üzrə doktorantura təhsilinə dair sənəd - “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları” - Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilib.


Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti