Bakıda minik avtomobili yanıb

Bakıda minik avtomobili yanıb
  25 May 2016    Oxunub:1152
Bakıda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Binəqədi rayonunda vətəndaşa məxsus "Opel" markalı minik avtomobilində baş verib. Nəticədə avtomobilin idarəetmə löhvəsi yanıb, yüksək temperaturdan qabaq oturacaqlar və salonun üzlük hissəsi qismən qarsalanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti