Türkiyənin millət vəkili Tibb Universitetində olub

Türkiyənin millət vəkili Tibb Universitetində olub
  25 May 2016    Oxunub:1531
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında "Azərbaycan-Türkiyə 1-ci endokrin günləri” konfransı keçirilib.

Tədbirdə Türkiyədən dəvət almış həkimlər iştirak edib. Dünyaca məşhur həkim, cərrah,CHP Bursa millət vəkili Ceyhun İrgil,cərrah Can Başaran və Hüsniyyə Altıntaş konfransda çıxış ediblər. Millət vəkili Ceyhun irgil çıxışı zamanı Azərbaycanda olduğundan məmnunluq hissi keçirdiyini bildirib və endokrin cərrahiyyəsi haqqında tədbir iştirakçılarını məlumatlandırıb:

- Tiroid cərrahiyyəsində əvvəl hər kəsi əməliyyat edirdik. Ancaq çox şükür ki, son illərdə tiroid əməliyyatlarının 90 faizinin gərəksiz olduğu iddia edilir. İndi sadəcə 10 faiz əməliyyatlarımız olur. Nə qədər az əməliyyat etsək, bizim üçün bir o qədər yaxşı olar.

Daha sonra professor, dr. Seher Demirer Azərbaycanla bağlı təəssüratlarını bölüşüb:
"Türkiyə torpaqlarından kənarda, başqa bir coğrafiyada mənim soydaşlarımla birlikdə olmağım, eyni dildə danışmağımız, eyni inanclara sahib olmağımız məni çox xoşbəxt etdi. Burada olmaq mənim üçün qürurvericidir”.

Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, Fatih Universiteti Tibb Fakultəsi Xəstəxanası, Ərzurum, Atatürk Universiteti, Ankara Tibb fakultəsi və Bursa Omena Cərrahi Mərkəzinin birgə təşkilatçılığı və dəstəyi ilə keçirilir.


Teqlər:  





Xəbər lenti