Qaxda iki uşaq atası itkin düşdü

Qaxda iki uşaq atası itkin düşdü
  24 May 2016    Oxunub:1914
Qax rayonunun 30 yaşlı sakini itkin düşüb.
AzVision.az xəbər verir ki, bu barədə "Report"un Şəki-Zaqatala bürosunun müxbirinə Qax Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.

Qax şəhəri, Azərbaycan prospekti ev 73 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Əhməd Şükür oğlu Qabulov ötən gecə evdən çıxıb və qayıtmayıb.

Onun ailə üzvlərinin sözlərinə görə, Əhməd Qabulov gecə 2 radələrində evdən çıxıb və geri qayıtmayıb: "Dünəndən etibarən onun harada olduğu məlum deyil.

Əhməd Şükürovun əlamətləri-arıq bədən quruluşlu, boyu 167 santimetr, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxarkən əynində boz pencək, boz köynək, qara şalvar və qara rəngli boğazlı çəkmə olub".

Onu görənlərdən Qax RPŞ-ə ilə əlaqə saxlamaları xahiş olunur. Tel: (024) 255-23-52

Qeyd edək ki, Ə.Qabulovun iki azyaşlı övladı var.

AzVision.az


Teqlər:





Xəbər lenti