Masallıda 14 yaşlı oğlan faciəli şəkildə öldü

Masallıda 14 yaşlı oğlan faciəli şəkildə öldü
  23 May 2016    Oxunub:2170
Masallıda 14 yaşlı sakin suda boğulub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonu, Boradigah kəndi ərazisində yerləşən süni ğöldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 50 km aralıda nəzarətsiz ərazidə) 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 2002-ci il təvəllüdlü Həbibov Rahid Cavid oğlunun cəsədi batdığı yerdən 5 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti