Fəhlə uçqun altında qaldı

Fəhlə uçqun altında qaldı
  22 May 2016    Oxunub:1570
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinə Cəlilabad rayonunun Uzun Təpə kəndində kanalizasiya xətlərində qazıntı işləri aparılan zaman 3 metr dərinliyi olan quyuda torpaq uçqunu baş verməsi və bir fəhlənin uçqun altında qalması barədə məlumat daxil olub.
AzVision.az-ın FHN-ə istinadən verdiyi məlumata görə, dərhal hadisə yerinə cəlb edilən Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən fəhlə torpaq altından çıxarılaraq Təxirəsalınmaz Təcili Tibbi Yardım xidmətinə təhvil verilib.

Hadisənin başvermə səbəbi araşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti