Ağsu aşırımı təmirə bağlanır

Ağsu aşırımı təmirə bağlanır
  22 May 2016    Oxunub:1732
Aparılacaq qısa müddətli təmir işləri ilə əlaqədar olaraq sabahdan, yəni 23 may səhər saatlarından etibarən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun “Ağsu aşırımı” hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə AzVision.az-a “Azəravtoyol” ASC-dən bildirilib.

Sürücülərdən məhdudlaşdırmanın tətbiqi müddəti ərzində alternativ olaraq Muğanlı-İsmayıllı və Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yollarından istifadə etməkləri tövsiyyə olunur.

“Azəravtoyol” ASC yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

AzVision.az


Teqlər:





Xəbər lenti