Pişik FHN-ni ayağa qaldırdı – FOTO

Pişik FHN-ni ayağa qaldırdı – FOTO
  22 May 2016    Oxunub:3559
Bakı şəhərində pişik Fövqəlada Hallar Nazirliyinin əməkdaşlarını ayağa qaldırıb.
AzVision.az-ın məlumatına görə, paytaxtın Nəsimi rayonunda yerləşən mağazalardan birində pişik reklam lövhəsində sıxışıb qalıb. Pişiki xilas etmək üçün sakinlər FHN-nin “112” saylı qaynar telefon xəttinə müraciət ediblər.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə pişiyi xilas ediblər.

Pişik sahiblərinə təhvil verilib.



AzVision.az


Teqlər:  





Xəbər lenti