Türkiyədə deputat toxunulmazlığı ləğv edildi

Türkiyədə deputat toxunulmazlığı ləğv edildi
  20 May 2016    Oxunub:2257
Türkiyə Böyük Millət Məclisində (TBMM) deputatların toxunulmazlığının ləğv edilməsi layihəsi qəbul edilib.
AzVision.az xəbər veri ki, deputatlar konstitusiyaya dəyişiklik layihəsinin lehinə səs veriblər. 2 maddəlik dəyişiklik təklifi parlamentdə gizli səsverməyə çıxarılıb. Nəticədə 1-ci maddə 373 səs, 2-ci maddə isə 374 səslə qəbul edilib. Nizamnaməyə uyğun olaraq hər iki maddə birlikdə səsverməyə çıxarılıb. Yekun səsvermədə Konstitusiya dəyişikliyinin lehinə 376 millət vəkili səs verib.

Bundan sonra terrorçularla əməkdaşlıq edən deputatların toxunulmazlığı ləğv ediləcək və onlara qarşı cinayət işi açılacaq.

Qeyd edək ki, layihənin qüvvəyə minməsi üçün ölkə prezidenti dəyişikliyi imzalamalıdır. Dəyişiklikdən sonra 670 belə istintaq işi məhkəməyə göndəriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti