Bakı səhəri qəza ilə açdı - FOTOLAR

Bakı səhəri qəza ilə açdı - FOTOLAR
  20 May 2016    Oxunub:4101
Bu gün səhər saatlarında paytaxtın Rəşid Behbudov küçəsi ilə Füzuli küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az-ın xəbərinə görə, hadisə zamanı 90 OR 033 dövlət nömrə nişanlı “BMV” markalı avtomobillə 90 SL 293 nömrəli “Nissan” markalı minik maşını toqquşub.

Hadisə zamanı “BMV” yoldan çıxaraq Mərkəzi Bankın qarşısındakı yeraltı keçidə çırpılıb.

Qəza sürücülər arasında mübahisəyə də səbəb olub. Avtomobildə olan sərnişinlər isə yüngül xəsarət alıblar.

Qəzadan dərhal sonra hadisə yerinə polis əməkdaşları gəliblər, hazırda araşdırma aparılır.







Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti